Son dəqiqə

Anar İsgəndərov

Biz istəyirik ki, 14 maydan sonra həm türk dünyası dövlətləri, həm də Türkiyə - Azərbaycan arasında münasibətlər təməli qoyulduğu kimi daim inkişaf etsin - Anar İsgəndərov

Bakı. TurkicWorld:

Biz istəyirik ki, 14 maydan sonra həm türk dünyası dövlətləri, həm də Türkiyə - Azərbaycan arasında münasibətlər təməli qoyulduğu kimi daim inkişaf etsin.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı, professor Anar İsgəndərov deyib.

Deputat tarixi faktları əsas gətirərək bildirib ki, “Hələ 1-ci dünya müharibəsi zamanı Osmanlı və Çar Rusiyasi üz-üzə gəldiyi zaman biz, Çar Rusiyanın təbəələri olmağımıza baxmayaraq, Rusiyanı yox, öz ərazilərini qoruyan Osmanlı tərəfində idik ve Çanaqqala döyüşündə minlərlə şəhid verdik. Osmanlı isə ən çətin dövründə olmasına baxmayaraq, Qafqaz islam ordusu ilə bizim köməyimizə göndərildi və bu ordu Gəncədən Bakıya kimi uzanan bir məsafədə mübarizə etdi”.

“14 may keçirilən həm parlament, həm də prezident seçkilərini dünya diqqətlə izləyir, bədxahların isə nəyə görə izlədiyi məlumdur. Ümid edirəm ki, 14 may sonra türk dövlətlərinin cövhəri olan Türkiyə-Azərbaycan münasibətləri daim sürətli inkişaf edəcək və bu seçkilər hər iki xalqa, dövlətə və dövlət başçısına uğur gətirəcək”, - deyə millət vəkili bildirib.

A. İsgəndərov Azərbaycanın bu seçkilərdəki arzusunun türk millətinin seçiminin ədalətli olmasını bildirərək, Azərbaycanın Türkiyənin gələcəklə bağlı çox planının olduğunu və onların həyata keçirilməsi üçün 14 mayseçkilərinin önəmli rolu olduğunu vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, hal-hazırda Azərbaycan və Türkiyə öz tarixlərinin ən şərəfli günlərini yaşayırlar. Tarix boyu bu iki dövlət çətin günlərində bir-birinin yanında olmaqla yanaşı, həmçinin uğurlarını da biryerdə qeyd ediblər.

Sonda deputat türk millətinə 14 may keçiriləcək seçkilərdə uğur arzuladığını bildirib.

Amaliya İsmayılova

Twitter: @IsmailovAmaliya

Mövzuya görə xəbərlər