Son dəqiqə

Azərbaycan Türkiyə Anar İsgəndərov

Türkiyə və Azərbaycan arasında bağlanan saziş hər iki dövlətin qanunverici orqanının bir-birinə olan səmimi münasibətindən doğur - Anar İsgəndərov

Bakı TurkicWorld

Bugün, Türkiyə və Azərbaycan arasında bağlanan bəyannamə hər iki dövlətin qanunverici orqanının bir-birinə olan səmimi münasibətindən doğur. Bu münasibətlər dostluq, qardaşlıq, müttəfiqlik səviyyəsinə qalxmışdır.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı, professor Anar İsgəndərov bildirib.

"Müstəqilliyimizi tanıyan ilk ölkə olaraq Türkiyə, Ermənistanla bütün münasibətlərini kəsərək yalnız Azərbaycanın torpaqlarından çıxdıqdan sonra onunla münasibətlər qura biləcəyini bildirmişdir. Hələ 1-ci dünya müharibəsi illərində biz, təbəəsi olduğumuz Rusiyanı yox, din ve dil qardaşımız olan Osmanlını müdafiə etdik". Biz, təkcə Çanaqqala döyüşündə Osmanlı dövlətinin istiqlalına zərərin dəyməməsi üçün, onun məğlub olmaması üçün minlərlə şəhid verdik. Təbii ki, Osmanlı dövləti də bize çox yardım etmişdir. İstiqlaliyyətin elan olunmasında Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun gəlməsinin böyük rolu olmuşdur",- deyə Milli Məclisin deputatı qeyd edib.

Deputat, həmçinin, son illərdəki hadisələrdən bəhs edərək bildirmişdir: "2020-ci il 44 günlük Vətən müharibəsi nəticəsində həm xalqlar, həm dövlərtlər, həm də dövlət başçıları arasında dost ve qardaş olmasını gördük. Bu münasibətləri ən yüksək səviyyəyə qaldıran Şuşa bəyannaməsinin məğzini isə bir cümlə ilə belə anlatmaq olar - Azerbaycana atılan daş Türkiyəyə atılan daşdır, Türkiyəyə atılan daş isə Azərbaycana atılan daşdır".

Son olarag Anar İsgəndərov bildirib ki, bugün bu sened, Azərbaycan və Türkiyənin həmişə bir-birinin yanında olmasını, gələcəkdəki hər bir uğurlarını birlikdə inkişaf etdirəcəklərini bildirir. Azərbaycan həm müsəlman dünyası, həm Mərkəzi Asiya regionu, həm də Avropada nüfuz qazanıb. Bu nüfuzun əldə olunmasında İki ölkə liderlərinin- İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rolu böyükdür.

Amaliya İsmayılova

Twitter: @IsmailovAmaliya

Mövzuya görə xəbərlər