BAKI,TurkicWorld Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranla bağlı ABŞ-ın məqsədlərinə dair ona ünvanlanan tənqidi sualdan sonra jurnalistə sərt reaksiya verərək, onu “saxta adam” adlandırıb və yazdıqlarının “xəyanətə bərabər” olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Tramp qeyd edib ki, ABŞ İranda “tam hərbi qələbə” qazanıb və bunun “siz kimi həqiqəti yazmayan insanlar istisna olmaqla hamı tərəfindən qəbul edildiyini” vurğulayıb. O əlavə edib ki, jurnalist və redaktorlar yazdıqları ilə özlərini utanmalı olmalıdır.







