Şri-Lanka Ditva Anura Kumara Dissanayake

Şri-Lankada fövqəladə vəziyyət elan edilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Şri-Lanka prezidenti Anura Kumara Dissanayake “Ditva” tropik siklonunun yaratdığı fəsadlarla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Prezidentin sərəncamına əsasən, bunda məqsəd xilasetmə və humanitar yardımla bağlı əməliyyatların əlaqələndirmə prosesini sürətləndirməkdir.

xxx

11:00

Şri-Lankada “Ditva” tropik siklonunun qurbanlarının sayı 123 nəfərə çatıb.

Bu barədə TurkicWorld xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ölənlərdən başqa, 130 nəfərin adı itkin düşmüş şəxslərin siyahısına salınıb.

Ölkənin Fövqəladə Halların İdarəolunması Mərkəzinin məlumatına əsasən, siklonun fəsadları ümumilikdə 373,428 nəfərə zərər vurub.

43 mindən çox insan ölkədə yaradılmış 488 müvəqqəti sığınacağa təxliyə olunub.

Mövzuya görə xəbərlər