Son dəqiqə

NATO ABŞ Azərbaycan ordusu Bolqarıstan Pakistan Peru Malayziya Niderland Indoneziya Misir Küveyt Müdafiə Nazirliyi Səudiyyə Ərəbistanı Bəhreyn Türkiyə Hərbi Hava Qüvvələri Cənubi Koreya Sinqapur BƏƏ Cənubi Afrika Respublikası Mərakeş Keniya Oman Nüsrət-2025 Dəvət Təlimi Saros körfəzi Şri-Lanka Türkiyənin Sahil Mühafizəsi Komandanlığı Türkiyənin Hərbi Hava Qüvvələri

Azərbaycan hərbçiləri Nüsrət-2025 Dəvət Təlimində iştirak edir

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin ev sahibliyi ilə NATO və Türkiyədən hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif ölkələrdən gələn müşahidəçilərin iştirakı ilə "Nüsrət-2025 Dəvət Təlimi" keçirilir.

Bu barədə TurkicWorld-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Saros körfəzində keçirilən beynəlxalq təlimdə iştirak edir.

Təlimin məqsədi iştirakçı bölmələr və komandanlıqların mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq ölkələrin dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməkdir.

Qeyd edək ki, beynəlxalq təlimdə Azərbaycanla yanaşı, ABŞ, BƏƏ, Bəhreyn, Bolqarıstan, Cənubi Afrika, İndoneziya, Keniya, Koreya Respublikası, Küveyt, Malayziya, Mərakeş, Misir, Niderland, Oman, Pakistan, Peru, Səudiyyə Ərəbistanı, Sinqapur və Şri-Lankadan ümumilikdə 44 nəfər iştirak edir.

Mövzuya görə xəbərlər