Son dəqiqə

Indoneziya Tailand İndoneziyanın Sumatra adası daşqın Şri-Lanka

İndoneziyada daşqın qurbanlarının sayı 900 nəfəri ötüb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

İndoneziyanın Sumatra adasında güclü leysanlardan sonra baş vermiş daşqınlar nəticəsində azı 908 nəfər həyatını itirib, 4200-dən çox insan yaralanıb.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziya Milli Fövqəladə Halların İdarəolunması Agentliyi məlumat yayıb.

400-dən çox insanın hələ də adları itkin düşənlərin siyahısında yer alır.

Bundan əvvəl itki sayının təqribən 850, yaralı sayının 2700 olduğu deyilirdi.

Qeyd edək ki, ötən həftə İndoneziya, Şri-Lanka və Tailanda daxil olan güclü siklon bölgədə təbii fəlakətlərə, o cümlədən torpaq sürüşmələrinə səbəb olub.

Mövzuya görə xəbərlər