Son dəqiqə

İsrail Qəzza zolağı Qəzza İsrail ordusu Qəzza münaqişəsi 2025 Qəzza müharibəsi diplomatiyası Qəzza müharibəsi və tanınma Qəzza müharibəsi 2025 Qəzzada müharibə cinayətləri Eyal Zamir Gideon Arabaları

İsrail ordusu Qəzzada "Gideon Arabaları" əməliyyatının ikinci mərhələsinə başlayıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağında “Gideon Arabaları” əməliyyatının ikinci mərhələsinin başladığını elan edib.

TurkicWorld-un məlumatına görə, o bildirib ki, əməliyyatın məqsədi müharibənin hədəflərinə çatmaq üçün döyüşlərin intensivləşdirilməsi və hərbi manevrlərin dərinləşdirilməsidir.

“Əsirlərin geri qaytarılması həm mənəvi, həm də milli vəzifədir. Biz HƏMAS-ın əsas dayaq nöqtələrinə zərbələr endirməyə davam edəcəyik və onun hər yerdə sıxışdırıldığını hiss etməsinə səbəb olacağıq” – deyə, Zamir vurğulayıb.

Baş Qərargah rəisi əlavə edib ki, orduda dünəndən etibarən genişmiqyaslı ehtiyat qüvvələrinin səfərbərliyinə başlanılıb. Onun sözlərinə görə, İsrail ordusu “ölkə tarixinin ən böyük sınaqlarından bəziləri ilə üz-üzədir” və “düşmən ərazisinin dərinliklərində cəsarət, qətiyyət və fədakarlıqla” fəaliyyət göstərir.

Qeyd edək ki, Zamirin açıqlaması onun Qəzza şəhərinə səfəri zamanı səslənib. O, Cənub bölgəsinin komandanı general Yaniv Asor, 162-ci diviziya, “Givati” briqadası, 401-ci və 215-ci briqadaların komandirləri ilə birgə əməliyyat vəziyyəti və hərbi planlarla tanış olub.

Mövzuya görə xəbərlər