Son dəqiqə

İsrail Qəzza zolağı Ərəb dövlətləri Humanitar böhran

Ərəb dövlətləri Qəzzada hərbi əməliyyatların dayandırılmasına çağırıblar

BAKI, TurkicWorld

Ərəb Dövlətləri Liqasına üzv ölkələrin liderləri, Bağdadda keçirilmiş 34-cü sammitin yekununda qəbul etdikləri bəyanatda, Qəzza sektorunda hərbi əməliyyatların dayandırılmasına və bölgəyə humanitar yardımın təcili qaydada çatdırılmasına çağırıblar.

TurkicWorld xəbər verir ki, bu barədə İraqın INA agentliyi məlumat yayıb.

“Fələstinlilərin məcburi köçürülməsi cəhdlərini qətiyyətlə rədd edirik və hesab edirik ki, Qəzzaya təcili şəkildə humanitar yardım daxil olmalıdır. Biz beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırırıq ki, Qəzza zolağında humanitar böhran bitsin”, – deyə, Ərəb Liqası ölkələrinin rəhbərləri bəyan ediblər.

Mövzuya görə xəbərlər