Son dəqiqə

ABŞ Rusiya Ukrayna Vladimir Putin Volodimir Zelenski Donald Tramp

Putinlə görüş olmayınca, sülh danışıqları nəticə verməyəcək - Tramp

BAKI,TurkicWorld

Ukrayna ilə bağlı sülh danışıqlarında ciddi irəliləyiş yalnız Putinlə birbaşa görüşümdən sonra mümkün olacaq.

TurkicWorld xəbər verir ki, ABŞ lideri Rusiyanın Türkiyədəki danışıqlara göndərdiyi nümayəndə heyətinin səviyyəsi ilə bağlı sualı cavablandıraraq, danışıqların uğurlu nəticə verəcəyinə inamının zəif olduğunu bildirib.

“Mən sizə açıq deyirəm: Putinlə mən görüşməyincə heç nə baş verməyəcək. Aydındır?” – deyə Tramp qeyd edib.

Trampın sözlərinə görə, Rusiya Prezidenti əvvəlcə görüşə qatılmaq niyyətində olsa da, Trampın iştirak etməyəcəyini öyrəndikdən sonra fikrini dəyişib.

Xatırladaq ki, bu gün Türkiyənin ev sahibliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçiriləcək.

Mövzuya görə xəbərlər