BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran ABŞ-ın son hücumlarının memorandumun bir neçə maddəsini pozduğunu iddia edib.
TurkicWorld xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) və İran Xarici İşlər Nazirliyi ayrı-ayrı bəyanatlar yayıb.
SEPAH bildirib ki, ABŞ Hörmüz boğazının açılması ilə bağlı 5-ci maddəni pozub və boğazdan keçidlərin yalnız İranın koordinasiyası ilə həyata keçirilməli olduğunu vurğulayıb.
Qurum ABŞ-ın hərəkətlərini memorandumun pozulması kimi qiymətləndirərək xəbərdarlıq xarakterli mövqe sərgiləyib.
İran Xarici İşlər Nazirliyi isə əsasən hücumları qınayaraq ABŞ-ı 1-ci maddəni pozmaqda ittiham edib.
Nazirlik həmin maddənin dərhal hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutduğunu bildirib.







