Son dəqiqə

İran ABŞ Xarici İşlər Nazirliyi Sepah Dəniz təhlükəsizliyi Hörmüz boğazı Regional gərginlik

Cənubi Livanda İsrail hücumları davam edir - atəşkəs “kövrək” olaraq qalır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Cənubi Livanda elan olunan atəşkəsə baxmayaraq İsrailin hərbi əməliyyatlarının davam etdiyi bildirilir.

TurkicWorld xəbər verir ki, Nəbatiyyə şəhərinin ətrafında, xüsusilə Nəbatiyyə əl-Fövqa bölgəsində dron hücumu həyata keçirilib.

Məlumata görə, hücum əyləncə parkının yaxınlığında, yol kəsişməsi ərazisində baş verib.

Eyni zamanda Hasbaya rayonunun şərqində İsrail qüvvələrinin ağır atəş dəstəyi ilə şimal istiqamətində irəlilədiyi barədə məlumat yayılıb.

Bildirilib ki, atəşkəs ümumilikdə qüvvədə qalsa da, həftə ərzində ayrı-ayrı hücumlar nəticəsində ölənlərin olduğu qeydə alınıb.

Mövzuya görə xəbərlər