BAKI,TurkicWorld,Yusif Şərifzadə
Ukrayna istehsalı “Flamingo” raketləri Rusiyanın Volqoqrad bölgəsində artilleriya sistemləri və raket buraxılış sistemləri üçün komponentlər istehsal edən zavodu hədəfə alıb.
TurkicWorld xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.
Zelenski bildirib ki, hücum gecə saatlarında həyata keçirilib və müəssisə hərbi təyinatlı istehsalatla məşğul olub.
Eyni zamanda Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın Vladimir bölgəsində yerləşən “Vtorovo” neft nasos stansiyasına dron hücumu həyata keçirildiyini açıqlayıb.
Məlumata görə, bu obyekt eyni ay ərzində ikinci dəfə hədəfə alınıb.







