BAKI,TurkicWorld,Yusif Şərifzadə
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İsrail və Livan arasında əldə olunan çərçivə sazişini müsbət qarşılayıb.
TurkicWorld xəbər verir ki, o, bu razılaşmanı “gərginliyin artmasından uzaqlaşma istiqamətində mühüm addım” adlandırıb.
Fon der Lyayen bildirib ki, Yaxın Şərqdə Livandakı vəziyyət sabit olmadan sülhün mümkün olması çətindir və bu səbəbdən ABŞ-ın vasitəçilik roluna təşəkkür edib.
O, əsas növbəti mərhələnin qeyri-dövlət silahlı qrupların silahsızlaşdırılması və Livanın suverenliyinin və ərazi bütövlüyünün qorunması olduğunu vurğulayıb.
Avropa İttifaqının bu prosesə dəstək verməyə hazır olduğu, həmçinin köçkünlər üçün humanitar yardım məqsədilə 100 milyon avro vəsaitin ayrıldığı qeyd olunub.







