Son dəqiqə

İsrail ABŞ Livan Vaşinqton Hizbullah Regional gərginlik Müqavimət çərçivə sazişi

Hizbullah lideri İsrail-Livan çərçivə sazişini kəskin tənqid edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hizbullahın Baş katibi Naim Qasım ABŞ vasitəçiliyi ilə İsrail və Livan arasında Vaşinqtonda imzalanan çərçivə sazişini sərt şəkildə tənqid edib.

TurkicWorld xəbər verir ki, Naim Qasım açıqlamasında bu razılaşmanı “alçaldıcı, rüsvayçı və suverenliyin təslim edilməsi” kimi qiymətləndirib.

O bildirib ki, Hizbullah “sahədə müqaviməti” davam etdirəcək və silahlı mübarizədən imtina etməyəcək.

Qasım İsrailin Livandan çıxarılmasının Hizbullahın silahsızlaşdırılması ilə şərtləndirilməsini rədd edərək bunun “bütün qırmızı xətləri aşdığını” deyib.

Hizbullah lideri həmçinin Livan hökumətini İsrail işğalını uzun illər üçün qanuniləşdirməkdə ittiham edib.

Mövzuya görə xəbərlər