Son dəqiqə

İsrail ABŞ Livan İordaniya Diplomatiya Yusif Rəcci çərçivə sazişi Ayman Səfadi

İordaniya Livanı İsraillə çərçivə sazişinə görə təbrik edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İordaniya Livanın ABŞ vasitəçiliyi ilə İsrail ilə imzaladığı çərçivə sazişini alqışlayıb.

TurkicWorld xəbər verir ki, Livanın xarici işlər naziri Yusif Rəcci bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, İordaniyanın xarici işlər naziri Ayman Səfadi onunla telefonla əlaqə saxlayaraq Livanı sazişin imzalanması münasibətilə təbrik edib.

Səfadi razılaşmanın Livanın maraqlarına xidmət edəcəyinə, ölkənin suverenliyinin gücləndirilməsinə və sabitliyin bərpasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Livan XİN başçısı isə İordaniyanın dəstəyinə görə təşəkkür edib və razılaşmanın diplomatiyanın qələbəsi olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər