BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ hökumətinin Anthropic şirkətinə “Fable 5” modelinə çıxışı yenidən açmağa icazə verməyə yaxın olduğu bildirilir.
TurkicWorld xəbər verir ki, bu barədə Axios nəşri adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp administrasiyası şirkətin ən qabaqcıl süni intellekt modellərindən biri olan “Fable 5”ə çıxışın bərpasını nəzərdən keçirir.
Qeyd olunur ki, Anthropic və Ağ Ev məsələ ilə bağlı sorğulara dərhal cavab verməyib.
Bildirilir ki, şirkət iyunun 12-də qəbul edilən ixrac nəzarəti qərarından sonra “Mythos 5” və “Fable 5” modellərinə bütün istifadəçilər üçün girişi dayandırmışdı.







