Son dəqiqə

ABŞ Ukrayna Donald Tramp

Tramp Ukrayna ilə faydalı qazıntılar sazişinin imzalanacağı tarixi açıqlayıb

BAKI, TurkicWorld

Vaşinqton və Kiyev arasında Ukraynanın faydalı qazıntıları ilə bağlı saziş aprelin 24-də imzalanacaq.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ondan sənədin cari həftə ərzində imzalanıb-imzalanmayacağı soruşulub. Tramp bu suala belə cavab verib:

"Faydalı qazıntılar üzrə bir razılaşmamız var və məncə, o yaxın zamanda – gələn cümə axşamı imzalanacaq. Düşünürəm ki, onlar razılaşmanın şərtlərini yerinə yetirəcəklər" – deyə, ABŞ prezidenti vurğulayıb.

Mövzuya görə xəbərlər