Son dəqiqə

Səudi Ərəbistan Sergey Lavrov ABŞ Rusiya Ukrayna Vladimir Putin Dmitri Peskov Volodimir Zelenski Məhəmməd bin Salman Marko Rubio

Putin "lazım gələrsə" Zelenski ilə görüşə bilər - Kreml

Bakı,TurkicWorld

Vladimir Putin “lazım gələrsə” Ukrayna prezidenti Vladimir Zelenski ilə danışmağa hazırdır.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

Səudiyyədə ABŞ-Rusiya görüşü davam edərkən Peskov jurnalistlərə açıqlama verib.

"Ancaq razılaşmaların hüquqi əsası müzakirə olunmalıdır, çünki Zelenskinin legitimliyi sual altına qoyula bilər," - deyə o bildirib.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanda ABŞ və Rusiya Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlara başlayıb

Görüşdə Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanda iştirak edib.

Mövzuya görə xəbərlər