Bakı, TurkicWorld
İsrailin Dəməşqdə hakimiyyət dəyişikliyi ərəfəsində Suriyanın Colan yüksəkliklərində irəliləməsini şiddətlə qınayırıq.
TurkicWorld xəbər verir ki, bu haqqda Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Suriya xalqının uzun illərdir həsrətini çəkdiyi sülh və sabitliyə çatma ehtimalının ortaya çıxdığı bu həssas dövrdə İsrail yenidən işğalçı zehniyyətini nümayiş etdirir”-deyə Türkiyə XİN bəyanatında deyilir.
Qeyd edək ki, İsrail ordusu silahlı müxalifətin Dəməşqə irəliləməsindən faydalanaraq, işğal etdikləri Colan təpəliklərində nəzarətdə saxladıqları əraziləri genişlədib.
İsrail bunu müvəqqəti adlandırsa da artıq bir çox ölkə bu addımı qınayıb.