Bakı, TurkicWorld
Qəzzaya səfər üçün səylərimiz davam etdirilir.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas açıqlama verib.
Fəth Hərəkatının Mərkəzi Komitəsi Abbasın sədrliyi ilə Ramallahda iclas keçirib.
İclasda Abbas İsrailin Qəzza və İordan çayının qərb sahilindəki hücumlarını dayandırmaq üçün beynəlxalq və ərəb dünyasından dəstək almaq üçün Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanına səfərləri barədə Mərkəzi Komitə üzvlərini məlumatlandırıb.
Abbas, müharibəni dayandırmaq üçün planlaşdırılan Qəzzaya səfər və Fələstin dövlətinin Qəzzada bütün vəzifələrini üzərinə götürməsi üçün səylərin davam etdiyini bildirib.
Hafiz Rufizoğlu