Son dəqiqə

Böyük Britaniya

Qırmızı dənizdə vurlan gəmi batmış ola bilər - Britaniya

Bakı. TurkicWorld:

Qırmızı dənizdə vurlan gəmi batmış ola bilər.

TurkicWorld VOA-ya istinadən xəbər verir ki, Britaniya Gəmiçilik Təşkilatı (UKMTO) iyunun 12-də Yəmənin Qırmızı dəniz sahillərində vurulduqdan sonra bütün heyəti xilas edilərək tərk edilmiş gəminin batmış ola biləcəyini açıqlayıb.

UKMTO-nun X hesabından edilən açıqlamada qeyd olunub ki, gəmi iyunun 12-də Yəmənin Qırmızı dəniz sahilindəki Hudeyda bölgəsi sahillərindən 66 dəniz mili (təxminən 120 kilometr) məsafədə 5-7 metr uzunluğunda raketlə vurulub.

Gəmi kapitanının verdiyi məlumata görə, partlayışdan sonra gəmi su almağa başlayıb və ekipajın nəzarətindən çıxıb.

İkinci dəfə vurulan gəminin ekipajı ərazidə patrul xidməti aparan hərbi gəmilər tərəfindən xilas edilib.

Ekipajsız və işıqları sönük halda sürükləndiyi bildirilən gəminin təqibinin Beynəlxalq Dəniz Təşkilatı (IMO) tərəfindən yaradılan və mərkəzi Pakistanda olan NAVAREA 9 regional rəhbərliyinə həvalə edildiyi qeyd edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər