Bakı, TurkicWorld
Britaniyanın baş naziri Kir Starmer Berlində vəzifəyə gəldikdən sonra ilk səfərini Almaniya Kansleri Olaf Şoltsla görüşüb.
TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, səfərin məqsədi ölkələr arasında yeni tərəfdaşlığı müzakirə etmək, "Brexit"dən sonra Almaniya ilə Aİ əlaqələrini yenidən qurmağa çalışmaqdır.
Starmer Almaniya ilə yeni ikitərəfli sazişin işə salınması, yeni təhlükəsizlik və müdafiə müqaviləsinin hazırlanması ilə bağlı Olaf Şoltsla danışıqlar aparacaq.
Qeyd edilir ki, Starmerin Parisə də səfəri gözlənilir.