Bakı, TurkicWorld
İsrail hər zaman atəşkəsə qarşı olub.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə telefonla danışıb.
Görüşdə Qəzzadakı son hadisələr və bölgədə artan gərginlik müzakirə edilib.
"Hakan Fidan İsrailin atəşkəsə qarşı çıxan tərəf olduğunu xatırladıb və münaqişələrin regional səviyyəyə keçmə riskinə diqqət çəkib. O qeyd edib ki, İsrailin təcavüzü dayandırılmalıdır" – deyə paylaşımda qeyd edilib.
Hafiz Rufizoğlu