Bakı, TurkicWorld
Böyük Britaniya parlamentində Qəzzanı dəstəkləyən ittifaq yaradılıb.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, keçmiş İşçi Partiyasının lideri Ceremi Korbin parlamentdə qrup qurduqlarını açıqlayıb.
Corbyn və parlamentdəki digər dörd deputat birgə bəyanat verərək, rəsmi olaraq "Müstəqil Alyans" adlı parlament qrupu yaratdıqlarını elan ediblər.
Rəsmi siyasi partiya olaraq fəaliyyət göstərməyəcək qrup, qənaət siyasəti, sosial rifah və İsrailə silah satışı kimi mövzularda birgə çalışaraq parlamentdəki təsirini artırmağı hədəflədiyini açıqlayıb.
Qrupa iyulun 4-də keçirilən ümumi seçkidə Leyboristlər Partiyasından namizədliyi əngəlləndikdən sonra yenidən müstəqil deputat seçilən Korbin, həmçinin deputatlar Şokat Adam, Ayub Xan, Adnan Hüseyn və İqbal Məhəmməd daxildir.
Alyansın beş üzvünün hamısı müsəlman əhalisinin çox olduğu seçki dairələrində Fələstin tərəfdarı mövqeyi ilə ümumi seçkilərdə hakim İşçi Partiyasının deputatlığa namizədlərini üstələyib.
Hafiz Rufizoğlu