Bakı, TurkicWorld
Böyük Britaniya və Almaniya, genişləndirilmiş müdafiə əməkdaşlığına dair saziş üzrə danışıqları bu payızda yekunlaşdırmağı planlaşdırırlar.
TurkicWorld RBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Berlinə səfəri zamanı verdiyi bəyanatda bildirilib.
"Böyük Britaniya və Almaniya arasında yeni saziş, Britaniyanın Avropa ilə əlaqələrinin daha geniş şəkildə yenidən qurulmasının əsas elementi olacaq və hazırda iki ölkə arasında müzakirə olunan müdafiə sazişi payızda yekunlaşacaq", - deyə Baş nazir qeyd edib.
Xatırladaq ki, iyulun 24-də Böyük Britaniya və Almaniyanın müdafiə nazirləri Con Healey və Boris Pistorius London və Berlin arasında hərbi əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Bəyannamədə tərəflərin silahların hazırlanması, istehsalı və tədarükü sahəsində əməkdaşlığı gücləndirmək niyyəti ifadə olunub. Daha sonra "The Times" qəzeti məlumat verib ki, Britaniya hökuməti Berlinlə radiasiya məsafəsi 3,2 min km-ə çatan raketlərin birgə hazırlanması imkanını müzakirə edir.
Britaniya hökumət ofisi əlavə edib ki, iki ölkə arasında texnologiya, enerji, iqtisadiyyat və ətraf mühit sahələrində əməkdaşlığı əhatə edən daha geniş sazişin 2025-ci ilin birinci yarısında razılaşdırılması mümkündür.