Son dəqiqə

Hindistan

Hindistanda istilər nəticəsində 16 nəfər ölüb

Bakı,TurkicWorld:

Hindistanın Biharın əyalətinin, Auranqabad şəhərində hava istiliyi 48 dərəcəyə çatıb və həddindən artıq istilər səbəbindən iki saat ərzində 16 nəfər həyatını itirib.

TurkicWorld xəbər verir ki, şəhər xəstəxanasının həkimi bildirib ki, xəstəxanaya yüksək hərarətlə bağlı şikayətlə azı 35 nəfər müraciət edib.

Hindistan Meteorologiya İdarəsi yaxın 2 gün ərzində ştatda şiddətli isti dalğası ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Hindistanın paytaxtı Yeni Dehlidə həddindən artıq istilər səbəbindən bir nəfər ölüb və bütün zamanların ən yüksək temperaturu 52,9 dərəcə ilə qeydə alınıb.

Mövzuya görə xəbərlər