Bakı, TurkicWorld
Hindistanın Andhra Pradeş və Telanqana ştatlarında davam edən leysan yağışları nəticəsində 10 nəfər həyatını itirib.
TurkicWorld xəbər verir ki, bu barədə NDTV televiziyası məlumat yayıb.
Qeyd edilib ki, Andhra Pradeş əyalətinin Vicayavada rayonundakı Ambapuram, Nainavaram, Nunna və Pathapadu kəndləri tamamilə su altında qalıb.
Səlahiyyətli şəxslər bu kəndlərdə yaşayan insanların xilas edilməsi və təhlükəsiz ərazilərə daşınması üçün axtarış-xilasetmə əməliyyatına başlayıb.
“Xilasetmə komandaları 600 nəfəri qapalı vəziyyətdə qaldıqları yerlərdən xilas edib. 5 rayonda 294 kənddən 13 min 227 nəfər təxliyə edilib.” – deyə məlumatda qeyd edilib.
Hafiz Rufizoğlu