Bakı, TurkicWorld
Hindistanın Meghalaya ştatında güclü yağışların səbəb olduğu sel və torpaq sürüşməsində 10 nəfər həlak olub.
Bu barədə TurkicWorld xarici KİV-ə istinadən xəbər verir.
Hindistanın Təbii Fəlakətə Qarşı Milli Qüvvələr və Dövlət Təbii Fəlakətə Müdaxilə Fondu əməkdaşları fəlakətdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə işləri aparmaq üçün səfərbər edilib. Dağılan və zərər görən körpülərin də yenidən inşa ediləcəyi bildirilib.