Son dəqiqə

Hindistan

Hindistanda şiddətli yağışlar 20-dən çox nəfərin ölümünə səbəb olub

Bakı, TurkicWorld

Hindistanın cənubundakı Telanqana və Andhra Pradeş ştatlarında 3 gündür yağan şiddətli yağışların törətdiyi fəsadlar 27 nəfərin ölümünə səbəb olub.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin fəlakətlərlə mübarizə mərkəzi açıqlama yayıb.

Avqustun 31-də başlayan leysan yağışları bir neçə yaşayış məntəqəsində sel və daşqın yaradıb. Nəticədə evlər, inzibati binalar, avtomobil və dəmir yolları su altında qalıb. Çaylarda və su anbarlarında suyun səviyyəsi təhlükəli həddi keçib. Minlərlə sakin təxliyə edilərək, çadırlara yerləşdirilib.

Leysan səbəbindən 100-dən çox qatar reysi ləğv edilib.

Mövzuya görə xəbərlər