Bakı, TurkicWorld
Hindistanın Ali Məhkəməsi, Yeni Dehli administrasiyası və Hindistan şirkətlərinin İsrailə silah ixracını dayandırmaq üçün edilən müraciəti rədd edib.
TurkicWorld xəbər verir ki, bu barədə Hindistan Ali Məhkəməsi bəyanat yayımlayıb.
Bəyanatda bildirilib ki, Hindistan hökumətinə materialların heç bir ölkəyə ixrac edilməməsinə göstəriş vermək Ali Məhkəmənin yurisdiksiyasından kənardır.
Açıqlamada bunun xarici siyasət sahəsinə aid məsələ olduğu, konstitusiyaya uyğun olaraq xarici əlaqələrlə bağlı səlahiyyətin hökumətə aid olduğu bildirilib.
Xatırladaq ki, sentyabrın 4-də aralarında bəzi diplomatların da olduğu 11 nəfər İsrailin Qəzzada soyqırım törətdiyini əsas gətirərək Yeni Dehli administrasiyası və Hindistan şirkətlərinin Tel-Əvivə silah ixracının dayandırılması üçün Ali Məhkəməyə müraciət edib.
Hafiz Rufizoğlu