Bakı, TurkicWorld
Hindistan ABŞ ilə 73 min ədəd "SIG-Sauer-716 Patrol" avtomatik hücum tüfənginin tədarükü üçün müqavilə imzalayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Hindistan KİV-ləri məlumat yayıb.
"500 metrdən hədəfi məhv etmək qabiliyyətinə malik tüfəng Hindistanın Çin və Pakistanla sərhədlərində yerləşən ordu hissələrini silahlandırmaq üçün nəzərdə tutulub", - məlumatda qeyd olunub.
Qeyd edilir ki, müqavilə Hindistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən sürətləndirilmiş hərbi təchizat proqramı çərçivəsində imzalanıb.