Son dəqiqə

Hindistan sərnişin təyyarələri

İlk dəfə olaraq qadınlar təyyarədə kişilərin yanında oturmaya biləcək

Bakı, TurkicWorld

Hindistanın ən böyük hava yolu şirkəti olan IndiGo Airlines ilk dəfə olaraq qadınlara yer bron edərkən kişilərlə yanaşı oturmamaq imkanı verən pilot tətbiqi işə salıb.

TurkicWorld xəbər verir ki, bir hava yolu şirkəti tərəfindən qadınlara təklif edilən ilk xidmətdir və may ayında pilot tətbiq olaraq həyata keçirilib.

Yeni tətbiq ilə qadın sərnişinlər aviaşirkətdən rezervasiya edərkən oturacaq seçimi səhifəsinə çatdıqda işarələnmiş çəhrayı oturacaqlarda qadın sərnişinin yanında oturma seçimindən istifadə edə bilərlər. Bu məlumat kişi sərnişinlərlə isə paylaşılmır.

Tətbiqdən yararlanmaq üçün sərnişinlər IndiGo Hava Yollarından bilet alarkən öz cinsiyyətlərini göstərməlidirlər.

IndiGo Airlines nümayəndəsi pilot tətbiqin uçuşu "qadın sərnişinlərimiz üçün daha rahat" etmək üçün hazırlandığını bildirib.

Mövzuya görə xəbərlər