Son dəqiqə

Muxtar Babayev COP29

Muxtar Babayev BMT Baş katibinin müşaviri ilə COP29 üzrə ortaq məqsədləri müzakirə edib

Bakı. TurkicWorld:

COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Hartla COP29 üzrə ortaq məqsədləri müzakirə edib.

TurkicWorld-un məlumatına görə, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında bildirilib.

“COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev 50 gündən az müddətdə Bakıda keçiriləcək konfransadək COP29 üzrə ortaq məqsədləri və ortaq səyləri müzakirə etmək üçün BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Hartla görüşüb”, – paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər