Son dəqiqə

COP29 Yalçın Rəfiyev D-8 Gənclər Dialoqu

D-8 Gənclər Dialoqu 350 milyon gəncin Bakıda təmsil olunması deməkdir - Nazir müavini

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Dünya texnolgiya və iqlim siyasəti sahəsində çox sürətlə inkişaf edir. Gənclərin bu proseslərdə iştirakı da çox önəmlidir.

TurkicWorld xəbər verir ki, bunu COP29 üzrə baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev D-8 Gənclər Dialoqunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, D-8 Gənclər Dialoqu 350 milyon gəncin Bakıda təmsil olunması deməkdir:

“Gənclərin təşəbbüsləri bizim gələcəyimizi formalaşdıracaq. Bu tədbir bizim ideyalarımızın reallaşması üçün ideal fürsətdir”.

Y. Rəfiyev əlavə edib ki, gənclər Dialoq çərçivəsində ideayların mübadiləsini həyata keçirməli və birlikdə fəaliyyət göstərməlidirlər.

Mövzuya görə xəbərlər