Bakı, TurkicWorld:
Rəfah Sərhəd Qapısı yardımlar üçün dərhal açılmalıdır.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsindən (ICJ) İsrailə qarşı tələb etdiyi yeni tədbirlərlə bağlı qərarda bildirilib.
"Rəfah hücumundan sonra milyonlarla insan didərgin düşüb. Rəfahda vəziyyət fəlakətlidir. İsrail öz öhdəliklərini yerinə yetirməlidir. İsrail Soyqırımının Qarşısının Alınması Müqaviləsi çərçivəsində sübutların qorunması üçün təsirli tədbirlər görməli və heç bir istintaq qrupunun Qəzza zolağına daxil olmasına mane olmamalıdır. İsrail bir ay ərzində Beynəlxalq Ədalət Məhkəməsinə hesabat təqdim etməlidir", - deyə ICJ qərarında bildirilib.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 35 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 16-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.