Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı HƏMAS

İsraillilər hökumətdən atəşkəs sazişini imzalamağı tələb edirlər

Bakı. TurkicWorld:

İsraillilər hökumətdən atəşkəs sazişini imzalamağı tələb edirlər

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Qərbi Qüds və paytaxt Təl-Əvivdə küçələrə çıxan israillilər hökumətdən HƏMAS-ın qəbul etdiyi atəşkəs razılaşmasını imzalamasını istəyib.

İsraillilərlə Fələstinlilərin bir araya gəldiyi “Biz Birlikdəyik” qeyri-hökumət təşkilatının çağırışı ilə təxminən 1 500 nəfərlik qrup Təl-Əvivin mərkəzindəki Həbimə meydanında toplaşıb.

Nümayişçilər "Rəfahdakılar da, İsraildəkilər də uşaqdır", "Uşaqları öldürmək kifayətdir", "Müqavilə indi", "Əsirləri evə gətirin", "Hazırda", "Təhlükəsizlik ancaq sülhlə gəlir" şüarları səsləndirib.

Fələstin əsilli İsrailli deputat Əhməd Tiybi səhnədəki çıxışında baş nazir Binyamin Netanyahunu kreslosunu itirmək qorxusu ilə atəşkəsi qəbul etməməkdə ittiham edib.

Xatırladaq ki, 18-25 fevral tarixində də İsraildə minlərlə insan baş nazir Benyamin Netanyahu hökumətinin istefası və erkən seçkilərin keçirilməsi tələbi ilə etiraz aksiyaları keçirib.

Nümayişçilər səsgücləndiricilərdən Netanyahu hökumətinin əleyhinə şüarlar səsləndirib. İsrail polisi nümayişçilərin ərazini tərk etməsinə mane olmaq üçün yük maşınları ilə yolu bağlayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər