Son dəqiqə

Azərbaycan İran

İranın Bakıdakı səfirliyinin önünə gül dəstələri düzülüb

Bakı. TurkicWorld:

İranın Azərbaycandakı səfirliyinin inzibati binası önünə gül dəstələri düzülüb.

TurkicWorld xəbər verir ki, bir sıra QHT rəhbərləri İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahi və onları müşayiət edən digər şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar İranın Azərbaycandakı Səfirliyinin binası önünə gül dəstələri düzüb, bu ağır gündə İran xalqının kədərini bölüşüb.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Mövzuya görə xəbərlər