Son dəqiqə

Fələstin İsrail İngiltərə Qəzza zolağı Devid Kemeron

İsrailin Rəfahdakı mülki insanları qorumaq planını görməmişik

Bakı. TurkicWorld:

İsrailin Rəfahdakı mülki insanları qorumaq planını görməmişik.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə İngiltərə xarici işlər naziri David Kemeron İsrailin Rafahdakı mülki insanları qorumaq planını görmədikləri üçün böyük bir əməliyyata dəstək verə bilməyəcəklərini açıqlayıb.

Dünyadakı qarşıdurmalara və İsrailin Qəzzaya hücumlarına toxunan Kemeron İngiltərənin İsrailə silah satışı ilə bağlı qiymətləndirmələr edib.

Kemeron ABŞ-ın İsrailə silah satan mühüm dövlət olduğu halda, İngiltərənin bir dövlət olaraq İsrailə silah satmadığını vurğulayıb.

İngiltərənin İsrailə silah satan şirkətlərə ixrac lisenziyası verdiyini qeyd edən Kemeron, bu ticarətin ölkənin ümumi ixracatının bir faizdən az olduğunu iddia edib.

"Mülkilərin necə qorunacağı və həyatların xilas edilməsi ilə bağlı dəqiq bir plan olmasa, böyük əməliyyatı dəstəkləməyəcəyimizi açıq şəkildə bildirdik" – deyə nazir qeyd edib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər