Aİ Qəzzada kütləvi məzarlıqların araşdırılması çağırışlarına qoşulur

Aİ Qəzzada kütləvi məzarlıqların araşdırılması çağırışlarına qoşulur

Bakı, TurkicWorld

Avropa İttifaqı Qəzzanın Nasser və Əl-Şifa tibb müəssisələrində aşkar edilmiş kütləvi məzarlarla bağlı müstəqil araşdırma aparılmasını istəyib.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa İttifaqı rəsmisi Peter Stano məlumat verib.

“Bütün şübhələr və şərtlər müstəqil şəkildə araşdırmalıdır, çünki beynəlxalq insan hüquqları pozulmasının baş verdiyi görünür”, - deyə Stano bildirib.