Son dəqiqə

Fələstin İsrail ABŞ Qəzza zolağı

ABŞ Konqresinə toplaşan yəhudilər Netanyahuya etiraz ediblər

Bakı, TurkicWorld

ABŞ Konqresinə toplaşan yəhudi fəallar Konqresdə çıxış etmək üçün Vaşinqtona gələn İsrailin baş naziri Benyamin Netanyahuya etiraz edərək, Qəzzada dərhal atəşkəs elan edilməsini istəyiblər.

TurkicWorld xəbər verir ki, əllərində İsrailin silahlanmasına son qoyulmasını tələb edən pankartlar da tutan nümayişçilər tez-tez Netanyahu əleyhinə şüarlar səsləndirib və dərhal atəşkəsə çağırıblar.

Məlumat üçün qeyd edək ki, konqresin birgə iclasında çıxış edəcək Netanyahuya qarşı Vaşinqtonda nümayişlərin artacağı gözlənilir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər