Son dəqiqə

ABŞ Minnesota ştatı Johnson & Johnson

ABŞ-də "Johnson & Johnson" şirkəti 65,5 milyon dollar məbləğində təzminat ödəyəcək

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

ABŞ-nin Minnesota ştatında Andlılar Məhkəməsi "Johnson & Johnson" şirkətinin 37 yaşlı Anna Cin Hyuton Karliyə 65,5 milyon dollar məbləğində təzminat ödəməsi barədə qərar verib.

TurkicWorld-un məlumatına görə, iddiaçı bildirib ki, şirkətin istehsal etdiyi talkəsaslı uşaq pudrasından istifadə onun mezotelioma xəstəliyinə yol açıb.

Məhkəmə materiallarına əsasən, Karlinin vəkilləri "Johnson & Johnson"un talk məhsullarının asbestlə çirklənə biləcəyini bildiyini, lakin istehlakçıları potensial təhlükə barədə xəbərdar etmədiyini sübut edən dəlillər təqdim ediblər.

2023-cü ildə talklı pudranın satışını dayandıran şirkət ittihamları rədd edir və məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb. Son aylarda "Johnson & Johnson" fərqli məhkəmələr tərəfindən də çoxmilyonlu cərimələrə məruz qalıb.

Mövzuya görə xəbərlər