Son dəqiqə

Fələstin İsrail Qəzza

Qəzzaya daxil olan yardım ehtiyacları ödəmir

Bakı, TurkicWorld

İsrailin Qəzzaya girməsinə icazə verdiyi yardım ehtiyacdan çox aşağıdır

TurkicWorld xəbər verir ki, bu barədə Beynəlxalq yardım təşkilatı ActionAid açıqlama verib.

ActionAid xatırladıb ki, Qəzzaya hücumlardan əvvəl əsas ehtiyacları ödəmək üçün gündəlik 500 yük maşını humanitar yardıma ehtiyac var idi, lakin İsrail yalnız iyul ayında humanitar yardım daşıyan 710 yük maşınının bölgəyə girişinə icazə verib.

ActionAid bəyanatında qeyd edib ki, hazırda Misirdə BMT və müxtəlif qeyri-hökumət təşkilatlarına məxsus 1500 humanitar yardım maşını saxlanılır.

Fələstin QHT-lər Şəbəkəsinin (PNGO) direktoru Amjad Al Shawa Qəzzada hər cür humanitar yardım materiallarına ehtiyac olduğunu vurğulayıb.

"Qəzzada əhalinin 100 faizi humanitar yardıma ehtiyac duyur. Bu, indiyə qədər yaşadığımız ən pis vəziyyətdir", - deyəAl Shawa deyib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər