Son dəqiqə

İsrail Qəzza HƏMAS

İsrail əsir ailələrinə doğru məlumat vermir

Bakı, TurkicWorld

İsrail rəsmilərinin danışıqlar prosesi ilə bağlı əsir ailələrinə verdiyi məlumatlar həqiqəti əks etdirmir.

TurkicWorldxəbər verir ki, bu barədə Qəzzadakı israilli əsirlərin ailələrinin bir araya gəldiyi çətir təşkilat olan "Məhkum Ailələri Forumu" mətbuata açıqlamasında deyib.

Qeyd edilib ki, Qəzzada əsir saxlanılan şəxslərin ailələri atəşkəs və əsir mübadiləsi razılaşması üçün İsrail rəsmiləri ilə təcili görüş tələb ediblər.

Bəyanatda danışıqlarda etimad böhranının yaşandığı vurğulanıb.

“İki həftədir ki, baş nazir Benyamin Netanyahu sazişin icrası ilə bağlı vasitəçilərin sorğularına cavab verməkdən yayınır” – deyə açıqlamada bildirilib.

Həmçinin bəyanatda vurğulanıb ki, əsirlərin qaytarılması ilə bağlı dürüst hesabatın verilməsi təhlükəsizlik orqanlarının vəzifəsidir.

"Netanyahunun prosesi ləngitməsi əsirlərin geri qaytarmasına qarşı qəsdi bir təxribatıdır. Bu, danışıqlara güclü şəkildə mənfi təsir edir və ciddi əxlaqi uğursuzluğa gətirib çıxarır." – deyə açıqlamada qeyd edilib.

Mövzuya görə xəbərlər