Bakı, TurkicWorld
HƏMAS İsraillə Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılığa açıqdır.
TurkicWorld "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın Qətərdəki yüksək rütbəli üzvü Husam Badran bildirib.
"Bizim tələblərimiz aydındır və tanınır, razılaşma yalnız Netanyahu artıq razılaşdırılmış bəndlərə sadiq qaldığı halda əldə oluna bilər", – o deyib.
Bildirilir ki, Qətərin paytaxtı Dohada İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsi üzrə razılaşma əldə etmək üçün danışıqlar bərpa olunub.
Bu danışıqlarda ABŞ, İsrail və Qətərin yüksək rütbəli müzakirəçiləri iştirak edir.