Bakı, TurkicWorld
Keçən ilin oktyabrında Qəzzada müharibənin başlanması ilə Livan-İsrail cəhbəsində də paralel olaraq inkişaf edən gərginlik fonunda Livanda ölənlərini sayı 3 mini keçib. TurkicWorld ArabAz-a istinadən xəbər verir ki, bu haqda Livan Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
“ Davam edən toqquşmalarda 3 mindən çox insan ölüb və ən azı 13 min 500 insan da yaralanıb”-deyə nazirliyinin açıqlamasında deyilir.
Qedy edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın “Əqsa Tufanı” əməliyyatının başlamasından bir gün sonra,Hizbullah İsrailin şimalına raket zərbələri endirməyə başladı.
Sentyabrın 23-də İsrail hava qüvvələrinin Livanın cənubuna və şərqinə, eləcə də Beyrutun cənub ətrafına intensiv hücumları ilə münaqişə kəskin şəkildə dərinləşdirib nəticədə 1,2 milyona yaxın insanın didərgin düşüb.
İsrail oktyabrın 1-də Livanın cənubuna qurudan hücuma başlayıb ki, bu da sərhəd kəndlərində geniş dağıntılara səbəb olub.
İsraildə Hizbullahın hücumları nəticəsində 30-u əsgər olmaqla 72 nəfər həlak olub.