Son dəqiqə

İsrail Hizbullah Beyrut

İsrail Beyrutda Hizbullaha qarşı hava əməliyyatlarını başa çatdırıb

Bakı. TurkicWorld:

İsrail Müdafiə Qüvvələri (IDF) Beyrutda Hizbullah hərəkatının obyektlərinə endirilən zərbələri başa çatdırıb.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə IDF-in rəsmi Telegram-kanalında məlumat yayılıb.

"Bu gün səhər (çərşənbə günü) İsrail Müdafiə Qüvvələri Beyrutun Dahiyə rayonunda "Hizbullah" terror təşkilatına məxsus, o cümlədən komanda mərkəzlərinə və terror təşkilatının silahları saxladığı obyektlərinə hədəflənmiş əlavə zərbələr dalğasını başa çatdırıb",- IDF-in məlumatında deyilir.

IDF əlavə edib ki, zərbələrdən əvvəl mülki şəxslərə zərər dəymə riskini minimuma endirmək üçün bir sıra tədbirlər görülüb. Bu tədbirlərə əvvəlcədən xəbərdarlıqların verilməsi, yüksək dəqiqlikli sursatlardan istifadə və havadan müşahidə daxildir.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Mövzuya görə xəbərlər