Bakı,TurkicWorld
HƏMAS Livandakı qrupun lideri Fəth Şərif Əbu El-Eminin İsrailin Livanın cənubundakı Tir şəhəri yaxınlığındakı Əl-Bass qaçqın düşərgəsinə hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.
TurkicWorld xəbər verir ki, hücum zamanı El-Eminin həyat yoldaşı, oğlu və gəlini də həlak olub.
El-Eminin öldürülməsi Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra baş verib.
Cümə günü axşam saatlarında İsrail döyüş təyyarələri Livanda Hizbullahın qalası olaraq görülən Dahiyənin Burj əl-Beracine, Kifaat, Shuveyfat, Hades və Leylaki bölgələrində binalara silsilə hücumlar həyata keçirib.
Bu hücumlar, bu ayın əvvəlində Livana hücumlarını artıran İsrailin son ən ağır bombardmanı kimi qiymətləndirilir.
İsrail Hizbullahın raketlərinə irimiqyaslı və dağıdıcı hava zərbələri ilə cavab verib. Ümumilikdə, münaqişə İsraildə onlarla, Livanda isə 1500-dən çox insanın ölümünə səbəb olub. Sərhədin hər iki tərəfində on minlərlə insan təxliyə edilib.