Bakı, TurkicWorld
İsrailin Ezgini səhvən öldürdüklərinə dair bütün iddiaları gülünc bir yalandır. Bu, açıq-aşkar bir qətl idi və qəsdən edilmişdi.
TurkicWorld xəbər verir ki, bu sözləri Ankara məhkəməsinə edilən şikayət çərçivəsində ifadə vermək üçün Türkiyəyə gedən Avstraliyalı şahid Helen Maria Osullivan deyib.
Şahid jurnalistlərə verdiyi açıqlamada Eyginin vurulduğu zaman yanında olduğunu bildirib.
Osullivan, İsrailin məqsədinin beynəlxalq könüllüləri qorxutmaq olduğunu deyib.
Xatırladaq ki, İordan çayının qərb sahilində keçirilən mitinq zamanı İsrail hərbçiləri tərəfindən vurulan Türkiyəli aktivist Ayşenur Ezgi Eygi 6 sentyabrda aparıldığı xəstəxanada dünyasını dəyişib. Cənazəsi 14 sentyabrda Türkiyənin Aydın şəhərinə gətirilərək orada dəfn edilib.
İsrail tərəfindən hadisə ilə bağlı verilən açıqlamada Ezginin qəsdən vurulmadığı, səhvən öldürüldüyü bildirilib.