Son dəqiqə

Fələstin İsrail Livan

Fələstinlilərə qarşı törədilən Sabra və Şatilla qətliamı

Bakı, TurkicWorld

İsrailin 14 may 1948-ci ildə işğal etdiyi Fələstin torpaqlarında öz müstəqilliyini elan etməsindən sonra məcburi köçə məruz qalan və Livana sığınan fələstinli qaçqınlar, 16 sentyabr 1982-ci ildə İsrailin nəzarəti ilə növbəti hücuma məruz qaldılar.

41 il əvvəl Qərbi Beyrutdakı fələstinli qaçqın düşərgəsində baş vermiş qətliamda 3000-dən çox fələstinli həlak olub.

Qətliam 1982-ci ildə Livan falanqist xristianları tərəfindən Sabra və Şatila bölgələrindəki iki fələstinli qaçqın düşərgəsində həyata keçirilib.

Livan o illərdə çox mürəkkəb bir vəziyyətdə idi. Siyasi-məzhəb ayrı-seçkiliyi ölkəni vətəndaş müharibəsinə sürükləmişdi. 15 il davam edəcək müharibə artıq alovlanmışdı. Hadisələr zəncirinə bir sui-qəsd də əlavə olundu. Xristian icmasının ən önəmli adlarından biri olan Bəşir Cəmayil 23 avqust 1982-ci ildə prezident seçildi.

Lakin o, heç vaxt Prezident kürsüsündə otura bilmədi. O, 1982-ci il sentyabrın 14-də Falanqist qərargahına edilən bombalı hücumda öldü. Xəyanətkar planın sui-qəsd olduğu deyildi. Cəmayilin qətlinə görə məsuliyyət Fələstinli qaçqınlarına üzərinə atıldı.

İsrail və ABŞ düşərgələrdə yaşayanların təhlükəsizliyinə zəmanət vermişdilər. Lakin Amerika qüvvələri insidentdən bir neçə gün əvvəl qoşunlarını geri çəkdi. Sentyabrın 16-sı, cümə axşamı günorta idi. İsrail tankları fələstinli qaçqınların yaşadığı düşərgələri mühasirəyə aldı. Məqsəd düşərgədən qaçanların qarşısını almaq idi. İfrat sağçı Xristian Falanqist milislər qətliam üçün düşərgələrə girərək üç istiqamətdən onlara hücum etdilər. Hücuma şəxsən İsrailin müdafiə naziri Ariel Şaron rəhbərlik edib.

Qırğın 3 gün davam etdi. Ağır silahlar, bombalar, baltalar və kəsici alətlərdən istifadə edildi. Hər yer qan içində idi. Küçələr meyitlərlə dolu idi.

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş verənlərlə bağlı qınama mesajı dərc etdi. 1982-ci il dekabrın 16-da Sabra və Şatilada “soyqırım” törədildiyi elan edildi. Hadisəni araşdırmaq üçün İsrail Parlamentdə Təhqiqat Komissiyası qurmaq məcburiyyətində qaldı. Falanqist milislərin lideri Eli Hubeyka birbaşa, Ariel Şaron isə fərdi olaraq təqsirkar bilindi.

Qırğından sağ çıxan 23 nəfər 2001-ci ildə məsələni məhkəməyə vermişdi. Ariel Şaronun insanlığa qarşı cinayət törətdiyi əsası ilə Belçika məhkəmələrində ədalət axtarılıb. Bununla belə, iddia qaldırmağa icazə verən qanun dəyişdirildi. 2002-ci il mayın 15-də yurisdiksiya olmadığı üçün işə xitam verildi. Halbuki, qətliamı törədənlərdən biri, Falangelist Eli Hubeyka Şaronun əleyhinə ifadə verməyə hazırlaşırdı. Bu şahidlik onun həytına son qoydu.

Beyrutda avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində həyatını itirdi.

2001-ci il 18 iyunda Sabra və Şatila qətliamından sağ qalmış 23 nəfərin müraciəti ilə başlanan Belçika məhkəməsi işində istintaq İsrailin keçmiş müdafiə naziri (həmçinin 2001–2006-cı illərdə baş naziri) Ariel Şaronu soyqırım daxil olmaqla başqa cinayətlərdə də təqsirli hesab etdi.

İddia Belçika məhkəməsində yoxlanılmadı, çünki 2003-cü il 12 fevralda kassasiya instansiyası (Belçika Ali Məhkəməsi) beynəlxalq adət hüququna əsaslanaraq qərara aldı ki, dövlət və hökumət başçılarının hərəkətləri xarici dövlətin cinayət məhkəmələrində baxıla bilməz (baxmayaraq ki, soyqırım cinayətinə görə onlar beynəlxalq tribunalın subyekti ola bilərlər).

Bu qərar bir il əvvəl 2002-ci il 14 fevralda Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən qəbul olunmuş qərarın təkrarlanması oldu. 2003-cü ilin iyununda Belçika Ədliyyə Nazirliyi bu qərara əsaslanaraq işi İsrailə transfer etmək proseduralarına başlamağı qərara aldı, beləliklə Sabra və Şatilladakı qətliamların soyqırım olması barədə ittihamlar heç bir məhkəmədə yoxlanılmadı.

Mövzuya görə xəbərlər