Bakı. TurkicWorld
Fələstin Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına nail olacağına ümid edir.
TurkicWorld-un məlumatına görə, bu barədə Fələstin lideri Mahmud Abbas Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
"Biz nə istəyirik? Yalnız hərbi əməliyyatların dayandırılmasını istəyirik. Prinsipcə hamının çağırış etdiyi budur. Ümid edirik ki, buna nail olacağıq və sonra humanitar yardımın çatdırılmasına başlaya bilərik", - deyə o bildirib.
O əlavə edib ki, fələstinlilər heç vaxt Qəzzanı tərk etməyəcəklər, necə ki, İordan çayının qərb sahilini də tərk etməyəcəklər: "Bu vasib məsələdir".
M.Abbas Qəzzanın Fələstinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.